Sifariş və ya informasiya üçün : +994506848443 (whatsApp)
Ritm rəqs qrupu 2011-ci ildə fəaliyyətə başlamışdır.
Qrupun əsas məqsədi mədəniyyətimizin ən qədim qollarından olan rəqs sənətinin ənənələrini qoruyaraq, müasir nəsilə düzgün şəkildə çatdırmaq və dünyaya təbliğ etməkdir.
Sizin dəstəyiniz bizim üçün çox əhəmiyyətlidir.
• Abunə ol:
• Facebook:
• Instagram:
Hal-hazırda qrupun tərkibi xoreoqraf, məşqçi, kütləvi rəqslər üçün 8 xanım və 8 bəy, 4 solist, 8 musiqiçi və 2 köməkçidən ibarətdir.
»Ritm» rəqs qrupu 2013-cü il 18 Mart tarixində R.Behbudov adına Dövlət Mahnı Teatrında ‘’İkinci Həyat’’ adlı ilk solo konsert proqramı ilə çıxış etmişdir.
»Ritm» rəqs qrupu indiyə qədər Gürcüstan, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Şimali Kipr Türk Respublikası, Çin, Belarus kimi xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etmişdir.
2013-cü il 16-19 Oktyabr tarixlərində Gürcüstanın Siqnaqi şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dəstəyi ilə ‘‘Azərbaycan – Gürcüstan Gənclərinin Beynəlxalq Festivalı’’ keçirilib. Festival çərçivəsində təşkil edilən konsert proqramında »Ritm» rəqs qrupu çıxış etmişdir.
2014-cü il 7-12 İyul tarixlərində Türkiyənin Bursa şəhərində Bursa Kültür Sanat və Turizm Vakfının Dəstəyi ilə ‘’29. Beynəlxalq ‘Altın Karagöz’ Halk Dansları Festivalı” keçirilib. 20 ölkənin qatıldığı festivalda ölkəmizi ‘Ritm’ rəqs qrupu uğurla təmsil etmişdir.
2014 və 2015-ci illərdə ‘’Yetenek Sizsiniz Türkiye’’ yarışmasında «Ritm» rəqs qrupu ’’Crazy Eyes’’ hip-hop qrupu ilə birlikdə uğurlu çıxışlar nəticəsində yarım-finala qədər irəliləmişdirlər.
2017-ci il 15 Dekabr tarixində »Azərçay’’ın dəstəyi ilə Rusiyanın ‘’Birinci (Первый) kanal’ında yayımlanan ‘Поле Чудес’ proqramında ‘Ritm’ rəqs qrupu iki rəqs nömrəsi ilə çıxış etmişdir.
2018-ci ildə 5 və 6 İyun tarixlərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə paytaxt Vaşinqton (Washington, D.C) şəhərində keçirilən iki tədbirdə çıxış etmişdir.
2018-ci il 27 Dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kipr Azərbaycan Diaspora Mərkəzi’nin təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasında ‘Qafqaz Rüzgarı’ (Caucasus Breeze) adlı ‘Ritm’ rəqs qrupunun solo konserti keçirilmişdir.
2019-ci il 27 Oktyabr tarixində Çinin paytaxtı Pekində 11-ci «Sevgi Sərhəd Tanımır» adlı xeyriyyə yarmarkasında 100-ə yaxın müxtəlif ölkə öz milli mədəniyyətini nümayiş etdirib. 15 mindən çox insanın ziyarət etdiyi yarmarkada H.Əliyev fondunun dəstəyi və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonunda «Ritm» rəqs qrupu’nun ifasında xalq rəqslərimiz və ən əsası birlik rəmzi olan ‘‘Yallı’’ rəqsi təqdim olunub.
2019-ci il 29 Oktyabr — 1 Noyabr tarixlərində Belarus Respublikasında Azərbaycan Gəncləri günləri keçirilib. Azərbaycan Gəncləri günləri çərçivəsində Brest şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belarus və Azərbaycan gənclərinin möhtəşəm konserti baş tutmuşdur. Konsertdə «Ritm» rəqs qrupu da çıxış etmişdir.
Bütün hüquqlar qorunur © 2020
All rights reserved © 2020
source
Комментарии закрыты, но обратные ссылки И pingbacks открыты.